...

İsfar Sarabski və Keyko Matsui möhtəşəm konsert proqramı hazırlayıblar (FOTO)

Mədəniyyət Materials 18 Mart 2013 11:55 (UTC +04:00)
2013-cü il martın 11-dən 19-dək Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə əlaqədar olaraq, Keyko Matsuinin konsertinin təşkilatçıları 15 mart tarixinə planlaşdırılmış konsertin başqa tarixə keçirilməsi barədə qərar qəbul ediblər.
İsfar Sarabski və Keyko Matsui möhtəşəm konsert proqramı hazırlayıblar (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend/

2013-cü il martın 11-dən 19-dək Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi ilə əlaqədar olaraq, Keyko Matsuinin konsertinin təşkilatçıları 15 mart tarixinə planlaşdırılmış konsertin başqa tarixə keçirilməsi barədə qərar qəbul ediblər.

Təşkilatçılar böyük məmnuniyyətlə istedadlı pianoçunun yaradıcılığının pərəstişkarlarına bildirirlər ki, Keyko Matsui 27 və 28 mart tarixlərində Bakıda, şəhərin ən möhtəşəm meydançalarından birinin səhnəsində - Heydər Əliyev adına Sarayda iki konsertini təqdim edəcək.

Həmçinin, Azərbaycan Respublikasının əməkdar artisti İsfar Sarabski konsertin xüsusi qonağı olacaqdır. İsfar Sarabski 2009-cu ildə Montrö şəhərində keçirilmiş caz festivalının qalibi, "Zirvə 2010" dövlət mükafatının laureatı, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının təltif etdiyi medalın sahibi, eləcə də çoxlu sayda beynəlxalq mükafat və festivalların laureatıdır. İsfar Sarabskinin birinci Jazz Day konsertində, 2012-ci il aprel ayında Parisdə UNESCO tərəfindən keçirilmiş "Herbi Henkokun Dostları" konsertində iştirakını xüsusi qeyd etmək istərdik.

BUTA İM Baş direktoru Nəsib Piriyev: "Bir neçə gün bundan qabaq biz Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsi barədə məlumat aldıq və bu səbəbdən həmin Festival çərçivəsində planlaşdırılmış tədbirlərlə kəsişməməsi üçün biz qərara gəldik ki, Keyko Matsuinin konsertini başqa tarixə keçirək. Bununla əlaqədar olaraq, biz xanım Keyko Matsuiyə və artıq konsertə biletlər almış onun bütün pərəstişkarlarına öz üzrxahlığımızı bildiririk. Biz Sizləri inandırmağa hazırıq ki, 27 və 28 mart tarixlərində konsert yüksək səviyyədə keçiriləcək və Siz Keyko Matsuinin təkraredilməz musiqisindən böyük zövq alacaqsınız".

15 mart konsertinə qabaqcadan alınmış bütün biletlər biletlərdə göstərilən yerlər saxlanmaqla 27 mart tarixində keçiriləcək konsert üçün etibatlıdır. Kassalarda biletlərin dəyişdirilməsinə ehtiyac yoxdur.

Əgər 15 mart konsertinə bilet almış tamaşaçılar konsertə 28 martda getmək istəyirlərsə, onlar Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində ("Continental" supermarketinin yanında) yerləşən kassaya yaxınlaşmalı və biletlərini dəyişdirməlidirlər. Biletlər həmin kassada da qaytarıla bilər.

Biletlərin qiyməti 20 AZN-dən 100 AZN-ə qədər təşkil edir. Konsertlə bağlı suallarla 055 444 5 444 telefon nömrəsinə zəng vuraraq təşkilatçılarla əlaqə saxlamağınız xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti