...

Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb (FOTO)

Mədəniyyət Materials 18 İyun 2013 10:41 (UTC +04:00)
Serbiyanın Belqrad şəhərində yerləşən Milorad Paviçin ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada “Azərbaycan guşəsi” açılıb.
Dünya şöhrətli yazıçının ev muzeyində “Azərbaycan guşəsi” açılıb (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir E.Mehdiyev/

Serbiyanın Belqrad şəhərində yerləşən Milorad Paviçin ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilib və orada "Azərbaycan guşəsi" açılıb.

Trend-in məlumatına görə, guşə Dünya Azərbaycanlı Gənclər Birliyi tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində açılıb.

Layihə çərçivəsində dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri, fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Qeyd edək ki, Paviçin həyat yoldaşı və ev muzeyinin müdiri şairə Yasmina Mixayloviç Azərbaycan Respublikasının yazıçıya olan diqqətini xüsusi qiymətləndirdiyini və qayğıya görə təşəkkürünü bildirib.

Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Gi de Mopassan, İohann Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy, Adam Mitskeviç, Mixail Prişvin və s. yazıçılar, şairlər daxildir.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti