...

Xalq artisti Ələddin Abbasova Milli Kino Mükafatı veriləcək (FOTO)

Mədəniyyət Materials 6 İyul 2013 16:25 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 2 Avqust - Kino Günü ilə bağlı iclası keçirilb.
Xalq artisti Ələddin Abbasova Milli Kino Mükafatı veriləcək (FOTO)

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin 2 Avqust - Kino Günü ilə bağlı iclası keçirilb.

İttifaqdan Trend-ə verilən məlumata görə, iclasda kino işçilərinin peşə bayramı - Kino Günü ilə bağlı hazırlıq işləri müzakirə edilib. Milli Kino Günü ilə bağlı Azərbaycan Respublikası
Kinematoqrafçılar İttifaqı tərəfindən təsis edilmiş Milli Kino Mükafatı ilə xalq artisti Ələddin Abbasovun təltif edilməsi və mükafatın Kino Günündə ona təqdim edilməsi barədə qərar qəbul olunub.

Xatırladaq ki, 2012-ci ildə xalq artisti Yaşar Nuri Milli Kino Mükafatının ilk sahibi olub.

Azərbaycan xalq artisti (1971) Abbasov Ələddin Aslan oğlu (05.05.1922) 1939-cu ildən C.Cabbarlı ad. Gəncə Dövlət Dram Teatrının aktyorudur. 1967-ci ildən isə həm də kinoya çəkilir: "Torpaq. Dəniz. Od. Səma" (1967), "Mən ki, gözəl deyildim" (1968), "Dəli Kür" (1969), "Qatır Məmməd" (1974), "Dörd bazar günü" (1975), "Od içində" (1978), "Gözlə məni" (1981), "Qocalar, qocalar..." (1982), "Nizami" (1982), "Köhnə bərə" (1984), "İşarəni dənizdən gözləyin" (1986), "Qətl günü" (1990), "Qisas" (1991), "Özgə vaxt" (1996), "Məkanın melodiyası" (2004) və s. filmlərdə müxtəlif rollar ifa edib. "Qızıl Dərviş" mükafatı laureatıdır (2005-ci il).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti