...

Bakıda Yeganə Axundovanın iştirakı ilə konsert proqramı keçirilib (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2013 12:42 (UTC +04:00)
Dünən Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və respublikanın Xalq artisti Yeganə Axundovanın iştirakı ilə konsert proqramı olub.
Bakıda Yeganə Axundovanın iştirakı ilə konsert proqramı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir C.Babayeva/

Dünən Bakıda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və respublikanın Xalq artisti Yeganə Axundovanın iştirakı ilə konsert proqramı olub.

Trend-in məlumatına görə, Xalq artisti Rauf Abdullayevin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Niyazinin simfonik "rast" muqamı səsləndirilib.

Fikrət Əmirovun və Elmira Nəzirovanın fortepiano və orkestr üçün ərəb mövzusunda konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və proqramın solistləri- məşhur pianoçu, respublikanın Xalq artisti, professor Yeganə Axundovanın ifasında səsləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti