...

Ön cəbhədə Milli Qəhrəman Cavanşir Rəhimovun döyüş yolundan bəhs edən "Cavanşir" filminin təqdimatı olub (FOTO)

Mədəniyyət Materials 3 Yanvar 2014 12:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 yanvar /Trend/

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ermənistanla ön cəbhədə yerləşən N saylı hərbi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edən "Cavanşir" filminin təqdimatı olub.

Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Yaddaş" sənədli filmlər studiyasında "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən hazırlanan sənədli filmin rejissoru Kamalə Musazadədir.

Şəhidlərimiz bir dəqiqəlik sayğı duruşu ilə yad edildikdən sonra çıxış edən hərbi hissənin rəhbəri polkovnik Mais Barxudarov qəhrəmanlarımız haqqında filmlərin hərbi hissələrdə təqdimatını yüksək qiymətləndirib.

Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun həyat və qəhrəmanlıq yolundan danışan millət vəkili Qənirə Paşayeva rəhbərlik etdiyi təşkilatın mütəmadi olaraq qəhrəmanlarımız haqqında filmlər hazirladığını və qəhrəmanlarımızdan bəhs edən filmlərin hərbi hissələrdə təqdimatını təşkil etdiyini vurğulayaraq qəhrəmanlarımız haqqında filmlərin vaxtaşırı hərbi hissələrdə yeni gələn əsgərlərə göstərilməsinin vacibliyinə toxunub: "O şəhidlik zirvəsinə yüksələndə və Milli qəhrəman adına layiq görüləndə 19 yaşında yəni sizin çoxlarınız yaşında idi. Bu igidlik bizim gənclər üçün, hamımız üçün örnək olmalıdır. Bu filmdə onun vətən, millət sevgisi və vətənə xidmət anlayışını görə biləcəksiniz və mən sizi bu cür qəhrəmanlarımızdan öyrənməyə çağırıram. Mən inanıram ki, sizin aranızda da qəhrəmanlıq ruhu daşıyan gənclərimiz var və inşallah Ali Baş Komandanın rəhbərliyi altında biz torpaqlarımızı işğaldan azad edəcəyik".

Sonra filmin rejissoru Kəmalə Musazadə çıxış edərək film və onun gənclər üçün önəmi barədə danışıb və gəncləri bu cür qəhrəmanlarımızdan örnək götürməyə çağırıb.

Sonra filmin nümayişi olub.

Sənədli film əsgərlər tərəfindən böyük maraqla qarşılanıb. Filmlə bərabər Milli Qəhrəman Cavanşir Rəhimovla bağlı məlumatların əks olunduğu materiallar da əsgərlərə paylanılıb və filmin nüsxələri tez-tez yeni gələn əsgərlərə nümayiş olunmaq üçün hərbi hissəyə hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti