...

Azərbaycanlı cazmen İsfar Sarabski MİDEM festivalında iştirak edəcək

Mədəniyyət Materials 29 Yanvar 2014 10:53 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək.
Azərbaycanlı cazmen İsfar Sarabski MİDEM festivalında iştirak edəcək

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə gənc virtuoz ifaçı, 2009-cu il Montrö Beynəlxalq musiqi festivalının qalibi cazmen İsfar Sarabski Kannda keçiriləcək MİDEM festivalında iştirak edəcək.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, 1967-ci ildən Fransada keçirilən bu festival musiqi dünyasında böyük hadisə sayılır. Beynəlxalq bazar kimi tanınan və ənənəvi olaraq dünya şöhrətli şirkətlərin qatıldığı festivalda peşəkarlar musiqi fəaliyyətlərini genişləndirmək, yeni inkişaf istiqamətlərini müəyyən etmək məqsədilə görüşürlər. Musiqi sənayesinin inkişafına xidmət edən festival həm də informasiya mübadiləsi və beynəlxalq miqyasda tanınmaq üçün üçün əlverişli məkan hesab olunur.

Təkcə ötən ilki MİDEM festivalında 6400 nümayəndə, 3000 şirkət iştirak etmişdir. 1350 stend və pavilyonun nümayiş olunduğu festivalı müxtəlif xarici ölkələri təmsil edən 350 jurnalist işıqlandırmışdır.
Peşəkar ticarət yarmarkası və konsertlərin keçirildiyi festivalda NRJ Music Awards mükafatı verilir.

Heydər Əliyev Fondu bu il MİDEM festivalında tərəfdaş və sponsor qismində iştirak edir. Fevralın 1-dən 4-dək keçirilən Festival çərçivəsində Azərbaycanı İsfar Sarabski Band təmsil edəcək. İsfar Sarabskinin musiqi qrupu fevralın 2-də Majestic Barriere mehmanxanasının Diane zalında çıxış edəcək. Azərbaycan cazının səslənəcəyi konsertdə İsfar Sarabskini peşəkar musiqiçılər müşayət edəcək.

Qeyd edək ki, İsfar Sarabski Heydər Əliyev Fondunun xəttilə ABŞ-dakı Berklee College of Music-də təhsilini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti