...

İsfar Sarabski üçlüyü "Saint-Germain-des-Prés" caz festivalına başçılıq edir (FOTO)

Mədəniyyət Materials 19 May 2014 14:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may /Trend/

Ötən ilin dekabrında "Duc des Lombards" klubunda öz uğurlu konsert proqramından altı ay sonra, mayın 16-da İsfar Sarabski üçlüyü "Saint-Germain-des-Prés" məşhur caz festivalı çərçivəsində Paris auditoriyası qarşısında çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, artıq14-cü dəfə təşkil olunan bu festival Paris caz təqviminin əsas anlarından biridir. Bu festivalın auditoriyasını tənqidçilər, musiqiçilər və pərəstişkarlar təşkil edirlər. Əksəriyyəti İsfarın özü tərəfindən yazılmış caz kompozisiyalarının zəngin qarışığının ifası TEAS tərəfindən dəstəklənmişdi. Konsert əsas məramı mədəni mübadilə və mədəni müxtəlifliyin saxlanılmasından ibarət olan "Maison des Cultures du Monde" mədəni mərkəzində baş tutmuşdu.

19 yaşında olarkən, 2009-cu ildə İsveçrənin Montre şəhərində keçirilən beynəlxalq caz festivalında fortepianoda solo ifasına görə mukafat da daxil olmaqla, son zamanlar İsfar bir çox mükafatlara layiq görülüb. O, həmçinin Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb. Makar Novikov (bas) və Aleksandr Meşinlə (nağara) standart trioda çıxış edən İsfar Azərbaycanın ənənəvi musiqisi olan muğamla post-bop caz üslubunun qarışığını ifa edir.

Tempi A.Meşinin nağaralarda ifasından götürən İsfarın çıxışı öz "Déjà vu"suna nağıl nəğməsi ilə daxil olmaqdan başlandı.

Sözügedən trio bir neçə ildir ki, birlikdə çalışır. Bu, İsfar və innovasiyanı sevən Aleksandrın öz aralarında olan sıx əlaqəli ifasını dinləyəndə aydın olur.

Baletin sehrli aspektlərinə istinad edən müqəddimə solosundan sonra İsfarın növbəti solosu Çaykovskinin "Qu quşu gölü" baletindən gənc qu quşlarının rəqsinə öz keçidini davam etdirdi. Bu anı başlanğıc kimi qəbul edən və tamaşaçıların heyranlıqları ilə qızışdırılan İsfar tədricən tempi yeniləşdirərək emosional tərzdə improvizasiya etməyə başladı, onun barmaqlarını isə görmək belə mümkün deyildi.

İsfarın cıxışı, auditoriyanı zəngin improvizasiyası ilə heyrətləndirən orqanla müşayiət edilən BFG (Beks Ferris Goubert) məşhur fransız triosunun çıxışı ilə davam etdi.

Azərbaycanda caz musiqisinin məşhurluğunun saxlamasının əsas səbəblərindən biri onun improvizasiya olunan xarakterində Azərbaycan muğamı ilə bəzi ümumi xüsusiyyətlərin olmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti