...

Azərbaycan və Türkiyə mədəniyyət sahəsində əməkdaşlıq proqramının hazırlanmasını müzakirə ediblər

Mədəniyyət Materials 5 İyun 2014 12:57 (UTC +04:00)
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb.
Azərbaycan və Türkiyə mədəniyyət sahəsində əməkdaşlıq proqramının hazırlanmasını müzakirə ediblər

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Həmçinin iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, xüsusilə ölkələrimiz arasında əməkdaşlıq proqramının hazırlanması, YUNESKO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, cari ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə mədəniyyət günləri və s. məsələlər ətraflı müzakirə olunub.

Əbülfəs Qarayev Ömər Çeliki Türkiyənin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə komitəsinə seçilməsi münasibətilə təbrik edib və onu Bakıya səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti