...

Nazir müavini: I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri repertuarlarına ciddi diqqət yetirməlidir

Mədəniyyət Materials 2 Oktyabr 2014 10:37 (UTC +04:00)
Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir.
Nazir müavini: I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri repertuarlarına ciddi diqqət yetirməlidir

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı teatr-konsert müəssisələri də öz repertuarlarına ciddi diqqət yetirməlidir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə R.Behbudov adına Dövlət Mahnı Teatrında nazirliyin tabeliyində olan teatr-konsert müəssisələri rəhbərlərinin iştirakı ilə keçirilən geniş toplantıda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib.

O bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramından irəli gələn məsələlərin həlli, o cümlədən paytaxt və regionlarda teatr binalarının təmiri və yenidən qurulması, bu sahədə həyata keçirilən layihələr, aparılan islahatlar teatr sənətimizin inkişafına mühüm zəmin yaradıb. Teatr sistemində kadr islahatı müsbət nəticələr verməkdədir.

Son dövrlər teatr və konsert müəssisələri ilə bağlı işıq üzü görən nəşrlərdən də danışan Ə.Vəliyev 28 adda müxtəlif səpkili kitabın, o cümlədən Azərbaycan teatr antologiyasının çapdan çıxdığını, "Teatr ensiklopediyası"nın isə böyük ehtimalla gələn il Milli Teatr Günü ərəfəsində təqdim ediləcəyini bildirib.

Teatrların reklam işinin, mətbuatla əlaqələrinin zəif olduğunu deyən Ədalət Vəliyev telekanallarla əməkdaşlığın vacibliyini qeyd edib.

Konsert müəssisələrində konsert proqramlarının sayının artırılması, musiqi kollektivlərinin dinamik iş rejiminə nail olunması üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti