...

Mərv şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" oldu (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2014 18:01 (UTC +04:00)
Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir.
Mərv şəhəri "Türk dünyasının mədəniyyət paytaxtı" oldu (FOTO)

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirlərinin 32-ci dönəm toplantısı keçirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda ölkəmizi Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Dönəm toplantısı çərçivəsində TÜRKSOY təşkilatının Baş katibinin ötən il üçün həyata keçirilmiş layihələrə dair hesabatı dinlənilib və 2015-ci il üçün tədbirlər planı təsdiq edilib. Bundan əlavə, Düsen Kaseinovun 2017-ci ilədək yenidən təşkilatın Baş katibi seçilməsi və Türkmənistanın Mərv şəhərinin 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" olması ilə bağlı qərar qəbul edilib.

Tədbirdə cıxış edən V.Əliyev ötən illər ərzində Azərbaycan hökumətinin TÜRKSOY çərçivəsində keçirdiyi layihələrdən söz açaraq, növbəti ildə nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkilinin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Kazanda V.Əliyevlə RF Tatarıstan Respublikasının sabiq Prezidenti, hazırkı dövlət müşaviri Mintimer Şaripoviç Şeymiyev və Ermitaj Dövlət Muzeyinin direktoru Mixail Borisoviç Pyatrovskiy arasında görüş keçirilib. Görüşdə mədəniyyət sahəsində ortaq əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti