...

Mədəniyyətlərarası dialoq mövzusunda məqalə-ideya müsabiqəsi elan olunub

Mədəniyyət Materials 11 Mart 2015 18:31 (UTC +04:00)
“Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” adlı məqalə-ideya müsabiqəsi elan olunub.
Mədəniyyətlərarası dialoq mövzusunda məqalə-ideya müsabiqəsi elan olunub

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsi elan olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan Bakı Prosesi, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi, habelə respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların respublikamızda aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi və sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi "Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı" adlı məqalə-ideya müsabiqəsini keçirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təqdim ediləcək məqalələr Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən rəhbərlik edilən və ölkəmizin bir sıra aparıcı elmi və ali təhsil müəssisələrinin rəhbərlərinin üzv olduğu komissiya tərəfindən qiymətləndiriləcək.

Müsabiqəyə təqdim olunacaq məqalələr aşağıdakı meyarlara cavab verməlidir:

- Məqalələr analitik xarakterli olmalı və mədəniyyətlərarası dialoq məfhumda mövcud sosial-siyasi və mədəni dəyərlər sisteminin təşviq olunmasına xidmət etməlidir;
- Məqalələr dünyada cərəyan edən siyasi proseslər və mövcud qlobal tendensiyalar kontekstində mədəniyyətlərarası dialoq məfhumunun aktuallığının aşılanmasına xidmət etməlidir;
- Məqalələrdə Azərbaycan hökumətinin dünyada mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi və mədəni dəyərlərin təbliğində oynadığı rol təhlil olunmalıdır;
- Məqalənin həcmi 3 min sözdən az olmamalıdır;
- İstifadə olunan ədəbiyyat siyahısı göstərilməlidir;
- Məqalədə sözügedən siyasi dəyərlərin təbliği və təşviqi ilə əlaqədar təklif öz əksini tapmalıdır (məqalənin qiymətləndirilməsi zamanı ideyanın məzmununa və onun reallaşma mexanizminin açıqlanması səviyyəsinə xüsusi diqqət ayrılacaqdır);
- Kollektiv yazılarda mütləq olaraq təklif (ideya) və onun reallaşdırma mexanizmləri öz əksini tapmalıdır;
- Müsabiqə 3 kateqoriyalı iştirakçılar arasında keçirilir: alimlər arasında, tələbələr arasında və kollektiv araşdırmalar.
- Məqalələrin son təqdim etmə müddəti - 20 aprel 2015-ci il.

Müsabiqə qalibləri aşağıdakı kimi mükafatlandırılacaq:

1-ci yer 3 nəfər (3 kateqoriya üzrə) - 1500 (bir min beş yüz) manat;
2-ci yer 3 nəfər (3 kateqoriya üzrə) - 1000 (bir min) manat;
3-cü yer 3 nəfər (3 kateqoriya üzrə) 500 (beş yüz) manat;
5 nəfər üçün həvəsləndiricimükafatlar 300 (üç yüz) manat.

Materiallar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır. Müsabiqə ilə əlaqədar əlavə məlumatlar 493-42-94 telefon nömrəsi və ya [email protected] elektron ünvanı vasitəsilə əldə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti