...

Vaqif Mustafazadənin yubiley gecəsi keçiriləcək

Mədəniyyət Materials 7 Aprel 2015 18:13 (UTC +04:00)
2015-ci il aprelin 10-da, saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.
Vaqif Mustafazadənin yubiley gecəsi keçiriləcək

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Vaqif Mustafazadənin yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2015-ci il aprelin 10-da, saat 19:00-da Heydər Əliyev Sarayında görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, caz ustası Vaqif Əziz oğlu Mustafazadənin anadan olmasının 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçiriləcək.

V.Mustafazadənin yaradıcılığı XX əsr milli musiqi mədəniyyətimiz tarixinin yeni parlaq səhifələrindən birini təşkil edir. Sənətkar dərin köklərə malik qədim Azərbaycan muğamı və caz musiqisinin uğurlu sintezi ilə dəyərli əsərlər ərsəyə gətirib. Onun yaratdığı kompozisiyalar dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkraredilməz nümunələri kimi daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti