Azərbaycan, Bakı, 24 aprel /Trend/
"Əli və Nino" filminin çəkilişinin maddi problemlərə görə dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Trend-ə filmin çəkiliş heyətindən məlumat verilib.
Məlumata görə, hazırda filmin çəkilişləri Türkiyə ərazisində davam edir. Azərbaycanda baş tutan çəkilişlər isə Bakı və Bakıətrafı rayonlarda - Qobustan, Bibiheybət, İçərişəhərdə, o cümlədən Xınalıq və Gədəbəydə həyata keçirilib.
Filmin çəkilişi ayın sonuna yekunlaşacaq və daha sonra istehsal prosesi davam edəcək.
Qeyd edək ki, dünən Türkiyə mətbuatında maddi problemlərə görə "Əli və Nino" filmlərinin çəkilişlərin yarımçıq qalması ilə bağlı xəbər yayılmışdı.
"Əli və Nino" filminin çəkilişinin yarımçıq dayandırılması barədə yayılan məlumata aydınlıq gətirildi
“Əli və Nino” filminin çəkilişinin maddi problemlərə görə dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.