...

Azərbaycan caz musiqisinin incəlikləri Sarabskinin ifasında Londonda (FOTO)

Mədəniyyət Materials 14 Avqust 2015 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend/

İsfar Sarabski Londonun "Ronnie Scott's" klubuna Azərbaycan caz musiqisinin incəliklərini gətirib.

Avropa Azərbaycan Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Londonun "Ronnie Scott's" Caz klubu Avropanın ən məşhur klublarından biridir. 1959-cu ildə məşhur britaniyalı saksofonçu cazmen Roni Scots tərəfindən yaradılmış bu klub 60 ildən çoxdur ki, dünyanın aparıcı caz ifaçılarının üzünə açıqdır. Bu günlərdə caz sənətinin pərəstişkarlarından ibarət geniş auditoriyanın Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi konsertdə azərbaycanlı pianoçu və caz ifaçısı İsfar Sarabskinin improvizə olunmuş musiqisi ifalarını dinləmək imkanı olub.

İsfar ritmik hissəyə keçməzdən əvvəl, çıxışını "Déjàvu" əsərinə incə, rapsodiya tərzli girişlə başlayıb. Demək olar ki, caz kompozisiyalarını tamamilə özü tərtib edən İsfar ona improvizasiyanın ən yüksək zirvəsinə çatmaq üçün çətinlik çəkmədən oktavadan oktavaya keçməyə, mükəmməl şəkildə klavişlərin öhdəsindən gəlmək bacarığını nümayiş etdirməyə imkan verib.

Bundan sonra İ.Sarabski rus bəstəkarı Pyotr Çaykovskinin "Qu gölü" əsərindən parçalardan ibarət variasiyalarına düşüncəli və mistik giriş edib. İsfarın çevik barmaqları qeyri-mümkün sürətdə rəqs edən qu quşları təsəvvürünü yaradıb.

İntrospektiv "Prélude" kompozisiyası İsfarın klassik musiqi təhsilini təkzib edir və ona bədii rəhbəri Makar Novikova bacarıqlarını göstərməyə, həyacanlı auditoriyanı isə tam sükut içində saxlamağa imkan yaradır. Bu əhval-ruhiyyə Novikovun girişi ilə başlayan "Transit to New York" kompozisiyasının ifası zamanı da davam edir. Daha sonra İsfar kompozisiyanı şən tempə keçirir və səhnəni innovativ və inandırıcı solo ifa edən barabançı Korri Dikə verir.

"Edge" kompozisiyası İsfarın muğam təsiri altında yaranmış harmoniyalarını kəşf edir. O, hipnotik ritmdən istifadə edir və onun caz, klassik və milli Azərbaycan musiqisinin təsirindən formalaşmış unikal üslubda ifasını nümayiş etdrir. İncə keçiddən sonra temp artır və həyəcan yeni səviyyəyə çatır.

Caz gecəsi İsfarın ən məşhur kompozisiyalarından biri "G Man" adlı əsərin ifası ilə başa çatıb.

"Ronnie Scott's" un ovsunlanmış auditoriyası məyus olub ki, axşamın proqramı təkrar ifalara imkan verməyib. Buna rəğmən, caz sevərlərin coşqulu reaksiyası İsfarın bu kluba yenidən qayıdacağı barədə heç bir şübhə qoymayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti