...

"Xeyirlə Şərin rəqsi" bədii filminin istehsalı yekunlaşır

Mədəniyyət Materials 5 Sentyabr 2015 16:50 (UTC +04:00)
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə istehsal olunun “Xeyirlə Şərin rəqsi” bədii filminin istehsalının son tamamlama işləri aparılır.
"Xeyirlə Şərin rəqsi" bədii filminin istehsalı yekunlaşır

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə istehsal olunun "Xeyirlə Şərin rəqsi" bədii filminin istehsalının son tamamlama işləri aparılır.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən filmin yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur.

Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççosu" romanının motivləri əsasında ekranlaşdırılan, psixoloji detektiv janrında olan "Xeyirlə Şərin rəqsi" filminin quruluşçu rejissoru Yavər Rzayev, ssenari müəllifləri Çingiz Abdullayev və Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nasirov, bəstəkarı Siyavuş Kərimi, prodüseri Müşfiq Hətəmovdur.

Qubanın Qırımızı qəsəbəsində Qacar şah nəslinə mənsub nadir almazın axtarışı əsas süjet xəttini təşkil edən filmdə İlqar Muradov, Məbud Məhərrəmov, Şükufə Yusupova, Münəvvər Əliyeva, Qurban İsmayılov, Ayşad Məmmədov, Əjdər Zeynalov, Rasim Cəfərov və digərləri çəkiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti