...

Gəncə yazarlarından Məmməd Araz yaradıcılığına bir daha ehtiram (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2015 09:42 (UTC +04:00)
Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə xalq şairi “Məmməd Araz yaradıcılığına bir daha ehtiramla” mövzusunda tədbir keçirilib.
Gəncə yazarlarından Məmməd Araz yaradıcılığına bir daha ehtiram (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə xalq şairi "Məmməd Araz yaradıcılığına bir daha ehtiramla" mövzusunda tədbir keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsindən Trend-ə verilən məlumata görə, tədbiri AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova giriş sözü ilə açaraq Məmməd Araz yaradıcılığı haqqında geniş məlumat verib. O qeyd edib ki, M.Araz zəngin yaradıcılığı ilə bütün zamanlarda heç vaxt yaddaşlardan çıxmayan bir şairdir. M.Araz yaradıcılığına görə dövlət və xalq tərəfindən yüksək qiymət alan şairlərin öndə gedənlərindəndir.

O, əməkdar mədəniyyət işçisi, əməkdar mədəniyyət xadimi, Xalq şairi fəxri adlarına, İstiqlal ordeninə, Dövlət mükafatı laureatına və H.Z.Tağıyev adına mükafata layiq görülüb. Şair 2004-cü il dekabrın 1-də vəfat etmiş dekabrın 2-də Fəxri xiyabanda dəfn olunub. Xəzangül çıxışının sonunda M.Arazın şeirlərindən əzbər parçalar söyləmişdi.

Qərib Mehdi Məmməd Arazla bağlı görüşlərindən xatirələr danışdı, onun poezyasının yüksək məziyyətlərindən söhbət açdı.
Yazıçı və şairlərdən Aləmzər Əlizadə, Sahib İbrahimli, İnqilab İsaq, Fərruxə Umarova, Bayram Göyçəli, Ramiz Təmkin, Rəhim Qurbani, Saleh Qurbanov, Oqtay Abdulla, Nadir Ovçu, Pirverdi, Həsənalı Abbaslı və başqaları Məmməd Araz haqqında danışdılar ona həsr etdikləri şeirlərini oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti