...

Tbilisidəki M.F.Axundov Muzeyi mükafat aldı (FOTO)

Mədəniyyət Materials 18 Noyabr 2015 19:46 (UTC +04:00)
Gürcüstanda fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mədəniyyət Mərkəzi mükafata layiq görülüb.
Tbilisidəki M.F.Axundov Muzeyi mükafat aldı (FOTO)

Bakı. Trend:

Gürcüstanda fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mədəniyyət Mərkəzi mükafata layiq görülüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Gürcüstan xalq müdafiəçisi yanında fəaliyyət göstərən Milli Azlıqlar Şurası təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək, Gürcüstanda tolerantlıq mədəniyyətinin inkişafına verdiyi töhfələrə görə onu "Tolerantlğı dəstəkləyən təşkilat" mükafatı ilə təltif edib.
Mükafat Baş Assambleyasının təşəbbüsü ilə, UNESCO tolerantlıq prinsipləri haqqında bəyannaməsinə əsasən qeyd edilən Beynəlxalq Tolerantlıq Günü münasibətilə keçirilmiş tədbirdə muzeyin direktoru Leyla Əliyevaya təqdim olunub.

Qeyd edək ki, M.F.Axundovun Tbilisidə 44 il yaşadığı bina 1982-ci ildən muzeyə çevrilib, sonradan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. Hazırda muzeyin nəzdində Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə xalçaçılıq, musiqi, muğam, rəsm və dil kursları mövcuddur. Muzeyin əsas fəaliyyət istiqamətləri Azərbaycan mədəniyyətini, xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq, təmsil və təbliğ etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti