...

İlk dəfə Şah İsmayıl Xətaiyə həsr olunan sərgi keçiriləcək (FOTO)

Mədəniyyət Materials 29 Fevral 2016 16:31
AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilk dəfə olaraq, Azərbaycan tarixinin görkəmli simalarından olan məşhur sərkərdə və hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin keçirilməsinə hazırlaşır.
İlk dəfə Şah İsmayıl Xətaiyə həsr olunan sərgi keçiriləcək (FOTO)

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva-Trend:

AMEA Milli Azərbaycan Tarixi Muzeyi ilk dəfə olaraq, Azərbaycan tarixinin görkəmli simalarından olan məşhur sərkərdə və hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunan "I Şah İsmayıl - sərkərdə və hökmdar" sərgisinin keçirilməsinə hazırlaşır.

Muzeydən Trend-ə verilən məlumata görə, "I Şah İsmayıl - sərkərdə və hökmdar" sərgisi üçün 130-a yaxın eksponat toplanıb.

Sərginin konsepsiyası akademik Ramiz Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş "Şah İsmayıl Səfəvi: hökmdar və döyüşçünün portreti" kitabı əsasında tərtib olunub. Konsepsiya üzərində iş zamanı, həmçinin Səfəvilər dövləti, eləcə də I Şah İsmayıla həsr olunmuş Azərbaycan, Türkiyə, İran, Rusiya, Avropa müəlliflərinin elmi əsərləri öyrənilib.

Muzeyin apardığı elmi toplama işi sayəsində Səfəvilər dövlətinin birinci rübünə aid unikal eksponatlar yığılıb. Muzeyin bərpa laboratoriyasında aparılan uzunmüddətli iş sayəsində XVI-XVII əsrlərdən dövrümüzə qədər gəlib çatmış eksponatlar təmizlənib, konservasiya olunub, zədələnmiş eksponatlar bərpa edilib. Beləliklə, sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir nümayiş olunacaq.

Qeyd etmək lazımdır ki, eksponatlar yalnız vitrinlərdə deyil, həmçinin "XVI əsr Azərbaycan cəngavəri" tamölçülü atlı manekeni, eləcə də "XVI əsr Azərbaycan döyüşçüsü" 4 tamölçülü piyada manekeni üzərində nümayiş etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti