Bakı. Trend:
Oktyabrın 23-də Tbilisidə yazıçı Qurban Səidin eyniadlı əsəri əsasında səhnələşdirilən "Əli və Nino" bədii filminin premyerası keçiriləcək.
Bu barədə Trend Qruziya-Onlayn-a istinadən xəbəbr verir.
“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.
Qeyd edək ki, Bakıda filmin premyerası oktyabrın 5-də Heydər Əliyev Mərkəzində keçirilib.