...

“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış Kubokunun seçim turları keçirilir (FOTO)

Mədəniyyət Materials 21 Noyabr 2016 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun seçim turları təşkil olunur.
“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII Çağırış Kubokunun seçim turları keçirilir (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII Çağırış Kubokunun seçim turları təşkil olunur.

Klubdan Trend-ə verilən məlumata görə, kubokun keçirilməsində əsas məqsəd Azərbaycan Gənclər siyasətinin önəmli istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, regionda intellektual potensialın gücləndirilməsi, gəncləri pis vərdişlərdən çəkindirməkdir.

Turnirin təşkilat komitəsindən verilən məlumata görə, Kubok çərçivəsində Bakı və regionlarda seçim turlarının təşkilinə start verilib. Artıq Quba, Şəki, Gəncə, Gonraboy, Mingəcevir, Naxçıvan və Bakının ali təhsil ocaqlarında seçim turlarına yekun vurulub. Təşkil olunan seçim turlarında 200-dən çox komanda iştirak edib. Yaxın zamanda Lənkəran, Tər-tər və digər rayonlarda da seçim turları təşkil ediləcək.

Layihənin seçim turları bitdikdən sonra final mərhələsi təşkil olunacaq. Final mərhələsində regionlar da daxil olmaqla 60-dan artıq komanda iştirak edəcək. Final mərhələsində “Nə? Harada? Nə zaman?” oyunu təşkil olunacaq. Ən yaxşı nəticə göstərəcək 8 komanda və region komandları arasında ilk dördlüyə sahib olacaq komandalar Breyn Rinq oyununa vəsiqə qazanacaqlar. Region komandaları arasında ən yaxşı nəticə göstərəcək komanda isə “Regionlar Kuboku”na, məktəblilər üçün ayrıca oynanılacaq yarışda isə ən yaxşı məktəbli komandası xüsusi kuboka yiyələnəcək. Qalibləri diplom, medal, kubok və hədiyyələr gözləyir.

Final Bakı şəhərində 4 dekabrda, Fairmont Hotel-də keçiriləcək.

Qeyd edək ki, Xəzər İntellektual Gənclər Klubu bu il 15 yaşını qeyd edir. 2016-cı il ərzində təşkil olunacaq turnirlər yubiley ili çərçivəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti