...

Azərbaycandan xaricə istirahətə gedənlərin sayı 10 faiz azalıb

Mədəniyyət Materials 7 Aprel 2017 15:45 (UTC +04:00)
Ötən ilə nisbətən bu il Azərbaycandan xaricə istirahətə gedənlərin sayı üzrə çox böyük azalma müşahidə edilmir.
Azərbaycandan xaricə istirahətə gedənlərin sayı 10 faiz azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ötən ilə nisbətən bu il Azərbaycandan xaricə istirahətə gedənlərin sayı üzrə çox böyük azalma müşahidə edilmir.

Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.

Nazir deyib ki, 2016-cı ildə getmə turizm üzrə göstərici 10 faizədək azalıb. Onun sözlərinə görə, baş verən iqtisadi çətinliklərlə əlaqədar getmə turizminin azalması bütün dünyada müşahidə edilir.

Ə.Qarayev bildirib ki, Azərbaycan vətəndaşlarının müxtəlif ölkələrdə istirahət etməsini istəsələr də, getmə turizm prioritet deyil. Nazir əsas məqsədin gəlmə turizminin inkişafı olduğunu söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti