...

İkinci Buktreyler Festivalı iştirakçıları üçün master klasslar keçirilib (FOTO)

Mədəniyyət Materials 11 Aprel 2017 14:41 (UTC +04:00)
Kitabı tanıdın, kitabla tanının!
İkinci Buktreyler Festivalı iştirakçıları üçün master klasslar keçirilib (FOTO)

Bakı. Trend:

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Cəfər Cabbarlı adına AzərbaycanFilm Kinostudiyasında II Buktreyler Festivalı iştirakçıları ilə görüş keçirilib. Görüşdə festivalın təsisçisi aktyor Ruslan Sabirli festivalın cəmiyyətimiz üçün faydasından danışıb, iştirakçıların suallarını cavablandıraraq qaranlıq məqamlara aydınlıq gətirib.

AzərbaycanFilm kinostudiyasının direktoru Müşfiq Hətəmov iştirakçıları salamlayaraq Azərbaycan kinosunun nailiyətlərindən və gələcək planlardan bəhs edib. Həmçinin, bəstəkar Azər Hacıəsgərli iştirakçılara filmlərdə istifadə olunan musiqinin əhəmiyyətindən və orijinal musqinin yazılması məsələlərinə toxunub. Görüş zamanı eləcə də rejissorlar əməkdar incəsənət xadimləri Elçin Musaoğlu, Elxan Cəfərov və operator Nadir Mehdiyev iştirakçılarla öz təcrübələrini paylaşıb, məsləhətlərini verib, onların suallarını cavablandırıb.

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hərəsi) və 500 (hərəsi) AZN olmaqla pul mükafatları gözləyir.

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/booktrailer.az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti