Bakı. Trend:
Aprelin 10-dan mayın 10-dək davam edəcək Bakı Şopinq Festivalı çox ciddi layihədir.
Trend festivalın saytına istinadən xəbər verir ki, bunu İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib.
Əbdüləziz Osman Əl-Tüveycri qeyd edib ki, turizmin inkişafına təkan verən Şopinq Festival kimi layihələr çox vacibdir: "Turizm ölkənin inkişafı üçün çox vacibdir. Belə layihələr maliyyə dəstəyinə, eyni zamanda əlavə maliyyə investisiyalarının cəlb edilməsinə zəmin yaradır”.
İSESCO-nun baş direktoru hesab edir ki, Azərbaycan öz gözəlliyini dünyaya uğurla nümayiş etdirir: “Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkənin mədəniyət və turizm potensialının, sözün yaxşı mənasında, təbliğatının öhdəsindən layiqincə gəlir. Nazir Əbülfəs Qarayev öz işinin peşəkarıdır. Bizim təşkilat bu nazirliyi İSESCO-ya üzv olan ölkələr arasında ən yaxşı nazirlik hesab edir”.