Bakı. Trend:
ABŞ müğənnisi Ariana Qrande "Mançester Arena" stadionundakı partlayışla əlaqədar konsert turunu dayandırıb.
Trend-in məlumatına görə, "Twitter"dəki səhifəsində terror aktı ilə bağlı təəssüfünü bildirən müğənninin "isterikada olduğu", çıxış etmək "gücündə olmadığı" deyilir. Bununla belə, onun və komandasının təhlükəsizlik məsələsi ilə bağlı "dərin narahatlıq" keçirdiyi bildirilir.
TMZ portalı A.Qrandenin mayın 25-də Londonda nəzərdə tutulan konsertini ləğv etdiyini yazıb. Digər konsertlərin də - Belçika, Polşa, Almaniya və İsveçrədə - təxirə salndığı deyilir.
Lakin müğənninin rəsmi saytında hələ bu barədə məlumat dərc olunmayıb.
Qeyd edək ki, bu gecə "Mançester Arena" stadionunda amerikalı müğənni və aktrisa Ariana Qrandenin konserti zamanı iki güclü partlayış baş verib. Hadisə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs xəsarət alıb.
İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.