...

"Qızıl qlobus"u onlar qazandı - ADLAR

Mədəniyyət Materials 8 Yanvar 2018 09:20 (UTC +04:00)
2017-ci il "Qızıl qlobus" mükafatı öz sahiblərini tapıb.
"Qızıl qlobus"u onlar qazandı - ADLAR

Bakı. Trend:

2017-ci il "Qızıl qlobus" mükafatı öz sahiblərini tapıb. Trend-in məlumatına görə, "Ən yaxşı dramatik film" üzrə bu mükafatı "Ebbinq, Missura sərhədində 3 bilbord" filmi qazanıb.

"Ledi Berd" filmi isə bu mükafatı qazanan "Ən yaxşı komediya filmi" olub.

"Ən böyük balaca yalan" filmi "Ən yaxşı mini-serial" kimi "Qızıl qlobus" qazanıb.

"Qızıl qlobus" mükafatını "Ən yaxşı qadın rolu"na görə Frensis Makdormand, "Ən yaxşı kişi rolu"na görə isə Qari Oldman əldə edib.

Qilermo del Toro isə bu mükafatı "Ən yaxşı rejissor" kimi qazanıb.

İngilis kinorejissor və ssenarist Matin Makdonax "Ebbinq, Missura sərhədində 3 bilbord" filminə yazdığı ssenari ilə "Qızıl qlobus" mükafatçısı olub.

"Əcnəbi dildə ən yaxşı film" kimi "Qızıl qlobus" mükafatını Almaniya istehsalı olan film qazanıb.

Qeyd edək ki, bu mükafat 25 kateqoriyada təqdim edilir. "Qızıl qlobus"un ilk təqdimetmə mərasimi isə 1945-ci ildə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti