...

Bakıda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Mədəniyyət Materials 7 Mart 2018 13:41 (UTC +04:00)
Bakıda keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində - martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunacaq.
Bakıda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək

Bakı. Trend:

Bakıda keçiriləcək VI Qlobal Bakı Forumu çərçivəsində - martın 14-15-də Azərbaycanın dahi şairi Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil olunacaq.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan konfrans Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə təşkil olunur.

Konfransda 13 müxtəlif ölkədən - Kanada, Amerika, Brazilya, Hindistan, ABŞ, Misir, Gürcüstan, Türkiyə, Almaniya, İtaliya, Fransa, Böyük Britaniya, İran, Finlandiyadan 20-dən artıq alimin, eləcə də 30-dan çox azərbaycanlı elm adamının, nizamişünasların iştirakı gözlənilir.

“Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” adlanan bu konfrans mövzunun nəzəri və praktiki aspektlərini, Nizaminin poeziyasının estetikasını, fəlsəfəsini, ədəbiyyatın və mədəniyyətin “milli mənsubiyyəti”, irredentizm, ortaq mədəni keçmişi kimi problemləri əhatə edəcək. Nizami poeziyasının timsalında mədəni irsin tarixin fərqli mərhələlərində dərki və yozumu, dominant kimlik meyarlarının - dövlət sərhədlərinin, din və dil statusunun dəyişməsi ilə əlaqədar mədəni irsin hansı müasir milli mədəniyyətlərə aid edilməsi prinsiplərini gündəmə gətirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti