Bakı. Trend:
Üçüncü Buktreyler Festivalının Promo videoçarxı təqdim olunub.
Trend-in məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir.
Çarxın rejissoru və dublyaj R.Sabirliyə, qrafika işi Tariel Bağırzadə, səs yazılışı Azər Hacıəskərliyə məxsusdur.
Qeyd edək ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir.
Son müraciət tarixi: 8 aprel, 2018
İştirak şərtləri ilə festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az "facebook" səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.
Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.