...

"CinemaPlus"da “Taksi 5” filminin Azərbaycan dublyajı ilə premyeradan öncə nümayişi olub (FOTO)

Mədəniyyət Materials 18 Aprel 2018 22:30 (UTC +04:00)
Fransa istehsalı “Taksi 5” filminin 2 gün premyeradan öncə nümayişi baş tutub.
"CinemaPlus"da “Taksi 5” filminin Azərbaycan dublyajı ilə premyeradan öncə nümayişi olub (FOTO)

Bakı. Trend:

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa istehsalı “Taksi 5” filminin 2 gün premyeradan öncə nümayişi baş tutub.

Trend-in məlumatına görə, tədbirdə filmin dublyajında yer alan aktyorlar da iştirak edib.

Filmi Azərbaycan dilində Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva, Mehin Hümbətova, Zümrüd Bədəlova, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Səid Nizami, Rövşən Məmmədli, Vüqar Hüseynov, Xətai Əli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Həsənli, tərcüməçi Qəmər Əfşani, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Ekran əsərin rejissoru Franck Gastambidedir. Baş rolları Salvatore Esposito, Franck Gastambide və Sabrina Ouazani ifa edirlər.

Filmin süjet xəttinə görə, Marsel şəhərinin polis şöbəsinə keçirilən polis zabitinə güclü Ferrari avtomobillərində olan italyan oğru dəstəsini tutmaq həvalə olunur. Köməyə isə Danielin bacısının böyük qızı - əfsanəvi ağ taksidə dəhşətli sürücü gəlir.

Film aprelin 19-dan etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti