...

Xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb

Mədəniyyət Materials 8 İyun 2018 14:26 (UTC +04:00)
Xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb
Xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb

Bakı. İlhamə İsabalayeva - Trend:

Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, İttifaqın katibi, xalq artisti, professor Oqtay Mirqasımov Azərbaycan kinosuna verdiyi töfhələrə və 75 illik yubileyi münasibətiylə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin qərarı ilə 2018-ci ilin “Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb.

Əli Vəliyev həmçinin açıqlamasında qeyd edib ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təntənəli şəkildə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti