...

Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçiriləcək

Mədəniyyət Materials 12 İyun 2018 15:50 (UTC +04:00)
İyunun 13-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək.
Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçiriləcək

Bakı. Trend:

İyunun 13-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbər Anar Babalı, səhnələşdirmə və rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti