...

Gənc Tamaşaçılar Teatrında “Öldürsənə məni, Canikom” tamaşasının premyerası keçirilib (FOTO)

Mədəniyyət Materials 10 İyul 2018 18:51 (UTC +04:00)
Gənc Tamaşaçılar Teatrında “Öldürsənə məni, Canikom” tamaşasının premyerası keçirilib
Gənc Tamaşaçılar Teatrında “Öldürsənə məni, Canikom” tamaşasının premyerası keçirilib (FOTO)

Bakı. Trend:

Gənc Tamaşaçılar Teatrında “Öldürsənə məni, Canikom” tamaşasının premyerası keçirilib.

Teatrın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əziz Nesinin “Öldürsənə məni, Canikom” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa Allahverdi Yolçuyevin 60 illik yubileyinə həsr edilib. Tamaşada xalq artisti Naibə Allahverdiyeva, əməkdar artist Qəmər Məmmədova, aktyorlar Allahverdi Yolçuyev, Təhminə Məmmədova, Müşfiq Əliyev, Bəhram Həsənov, Anar Seyfullayev və Anar Səfiyev rol alıb.

Əsərin qəhrəmanları uzun illər öncə ərlərini itirmiş 68 yaşlı Siyen və 73 yaşlı Dihadır. Onlar məcburiyyətdən binanın zirzəmi qatında yaşayırlar. Siyenin toyunun 50 illik yubileyini qeyd etməyə hazırlaşan rəfiqələrin başına gələn əhvalatlar maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Sona Mustafayevadır.

Qeyd edək ki, məşhur türk dramaturqu Əziz Nesinin bu əsəri dünyanın bir çox səhnələrində dəfələrlə hazırlanıb və ugur qazanıb. Əsərin janrı komediya olsa da, məğzi tənhalıq faciəsidir. ADGTT-nın təqdim etdiyi tamaşada həm komik, həm də dramatik məqamlara yetərincə yer verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti