Bakı. Trend:
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və İLESAM təşkilatı tərəfindən toplanaraq Azərbaycana gətirilmiş on beş min türk dilində kitabın təqdimat mərasimi keçiriləcək.
Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, İLESAM təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə keçirilir.
Qeyd edək ki, kitablar Milli Kitabxanaya və ölkəmizin digər şəhər və rayon kitabxanalarına təqdim ediləcək.