...

Gəncədə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 26 Noyabr 2018 12:02 (UTC +04:00)
Gəncədə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib.
Gəncədə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə Bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib.

AYB-nin Gəncə Bölməsindən Trend-ə verilən məlumata görə, Bölmənin bugünkü qonaqları Göygöl rayon Texniki təmayüllü məktəb-liseyin müəllim və şagird kollektivi olub.

Tədbiri giriş sözü ilə açan Bölmənin sədri Xəzangül Mikayıl Müşfiqin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib. O qeyd edib ki, repressiya illərində Mikayıl Müşfiq və digər ziyalılarımız dəhşətli işgəncələrə, faciələrə məruz qalsalar da, öz əqidələrindən, amallarından dönmədilər. Onları bu gün bizə sevdirən də əyilməz şəxsiyyətləri, tükənməz ilhamları, Turançılıq yolunda özlərini fəda etmələri oldu.

Mikayıl Müşfiqin yaradıcılığından danışan Ramiz Təmkin şairin tükənməz ilhama sahib olduğunu, qısa həyat yolunda böyük ədəbi külliyyat qoyub getdiyini, bu günün, sabahın, gələcəyin şairi olduğunu vurğulayıb.

Sonra Göygöl rayon Texniki təmayüllü məktəb-liseyinin şagirdləri Mikayıl Müşfiqin şeirlərini yığıncaq iştirakçılarına ərməğan ediblər.

Şairlərdən Sahib İbrahimli, İnqilab İsaq, İmamverdi Məmmədov, Rəhim Qurbani, Pəhləvan Əfəndi, Oqtay Abdulla, Zülfiyyə, Gülnarə Sadiq, Cahandar Aybər, Almaz Yusifqızı şairə həsr etdikləri şeirlərini oxuyublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti