...

Məşhur türkiyəli reper Qazapizm Bakıda konsert verəcək (VİDEO)

Mədəniyyət Materials 6 Fevral 2019 11:21 (UTC +04:00)
Son dövrlərdə sosial şəbəkələrdən, televiziyalardan, seriallardan və filmlərdən də göründüyü kimi rep musiqi janrı digər janrlara qarşı öz üstünlüyünü göstərməkdədir.
Məşhur türkiyəli reper Qazapizm Bakıda konsert verəcək (VİDEO)

Bakı. Trend:

Son dövrlərdə sosial şəbəkələrdən, televiziyalardan, seriallardan və filmlərdən də göründüyü kimi rep musiqi janrı digər janrlara qarşı öz üstünlüyünü göstərməkdədir.

Qardaş ölkə Türkiyədə geniş yayılmış və sevilməyə davam edən rep janrının məşhur simalarından biri də, Qazapizm ləqəbli reperdir. Böyük uğurlara imza atan Qazapizm, ölkəmizdə də ən çox izlənən seriallardan biri olan "Çukur" serialnın sevilən soundtracklarinin sahibidir. Həmən serialın "Heyecanı yok" parçası ilə dinlənmə rekordu yeniləyən Qazapizm, eyni adlı musiqi klipi ilə 2018-ci ilin "Altın Kelebek" müsabiqəsində ilin mahnısı nominasiyasının qalibi olub. Bununla yanaşı "CQ maqazin" programın da ilin müğənnisi adına layiq görülüb.

Populyar reper Qazapizmin bu ay ölkəmizdə öz sevənləri ilə görüşməyə gəlir. Konsert 23 fevral 2019-cu il tarixində Elektra Events Hallda keçiriləcək. Bütün rep və Qazapizm sevənləri əyləncə və istirahət etmək üçün bu konsertə dəvət edirik.

Biletləri şəhərin bütün kassalarından ve iticket.az saytından əldə edə bilərsiniz.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti