...

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Mədəniyyət Materials 2 Mart 2019 02:49 (UTC +04:00)
Fevralın 27-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Bakı. Trend:

Fevralın 27-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Xalq artisti Teymur Mustafayevin yaradıcılığına həsr olunub.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Konsertdə Xalq artistləri Teymur Mustafayev “Sənsən”, Gülyaz Məmmədova “İnsaf da yaxşı şeydir”, Teyyub Aslanov “Meyvələrdən üç meyvə var”, Gülyanaq Məmmədova “Ceyran”, Əməkdar artist Zakir Əliyev “Nazlana -Nazlana”, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Mirələm Mirələmov “Süsən sümbül” və Rövşən Əziz “Segah” təsnifi mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan “Sürməli qız ” xalq mahnısı Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Teymur Mustafayev və Teyyub Aslanovun ifasında səslənib.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti