Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı tədbirlər planı təsdiqlənib

Bakı. Trend:

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq, ssenarist Cəfər Cabbarlının (1899-1934) anadan olmasının 120 illiyi ilə bağlı tədbirlər planı təsdiqlənib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulur.

Yubiley ili çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında C.Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir “Salnamə” sənədli filmlər studiyası tərəfindən lentə alınacaq.

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, seminar, kitab sərgisi, bədii qiraət və rəsm müsabiqələri keçiriləcək.

Akademik Milli Dram Teatrında dramaturqun “Od gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı “Sevil” operasının nümayişi nəzərdə tutulur.

Azərbaycanın Avstriya, Fransa və Özbəkistandakı səfirliklərinin tabeliyində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə C.Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planlaşdırılır.

Mədəniyyət Nazirliyi C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və ədibin ev-muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” adlı elmi-praktik konfrans keçiriləcək.

Azərbaycan Dövlət Teatr Muzeyində C.Cabbarlının əsərlərinin teatr quruluşlarına çəkilmiş dekorasiya və geyim eskizlərindən ibarət sərgi, Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ədibin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa təşkil olunacaq. Eyni zamanda BXA-nın tələbə və şagirdləri tərəfindən Opera və Balet Teatrında C.Cabbarlının librettosu əsasında Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti səhnələşdiriləcək.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının İctimai Televiziya ilə birgə dramaturqun “Solğun çiçəklər” pyesinin motivləri əsasında səkkiz seriyalı bədii filmin çəkilməsi və yayımı da tədbirlər planında yer alıb.

Rayon (şəhər) təhsil şöbələri (idarələri), uşaq-gənclər inkişaf mərkəzlərində C.Cabbarlının yaradıcılığına həsr olunmuş rəsm sərgiləri, ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında “Cəfər Cabbarlı Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi kimi” mövzusunda inşa müsabiqəsi, həmçinin ədibin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müzakirələr, seminar və dəyirmi masalar təşkil olunacaq. Təhsil Nazirliyinin ali təhsil ocaqlarında müxtəlif mövzularda elmi konfransların keçirilməsi, yazarın həyat və yaradıcılığını əks etdirən fotosərgilər keçiriləcək.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120, yaxud mənbələrə yeni baxış” mövzusunda elmi-praktik konfrans, ədibin Əlyazmalar İnstitutunda mühafizə olunan şəxsi arxiv materiallarından ibarət sərgi təşkil olunacaq.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Ədəbiyyatımızda və mədəniyyətimizdə Cəfər Cabbarlı” mövzusunda elmi sessiya keçiləcək.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutu və Teatr muzeyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyətində Cəfər Cabbarlı fenomeni” mövzusunda Respublika elmi-praktik konfrans, N.Gəncəvi adına Ədəbiyyat İnstitutu və C.Cabbarlının ev-muzeyinin təşkilatçılığı ilə Respublika elmi konfransı, Humanitar Elmlər Bölməsinin elmi tədqiqat müəssisələrində “Cəfər Cabbarlının sənət idealları və müasir dövr”, Nəsimi adına Dilçilik İnstitutunda “Cəfər Cabbarlının əsərlərinin dil və üslub xüsusiyyətləri” mövzusunda elmi sessiyalar, M.Füzuli adına Əlyazmalar İnstitutunda “Cəfər Cabbarlı – 120“ mövzusunda kitab sərgisi, Folklor İnstitutu və Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və Bakı folklor mühiti” mövzusunda Respublika konfransı nəzərdə tutulur.

Yubiley ili çərçivəsində böyük yazıçı-dramaturqla bağlı nəşr layihələri də planlaşdırılır. Ədəbiyyat İnstitutu ədibin indiyə qədər işıq üzü görməmiş “Kazım bəy” romanı və məktublarının transfoneliterasiya edilərək kitab halında nəşrini, Hüseyn Cavidin ev-muzeyi isə C.Cabbarlının Cavid haqqında yazdığı məqalələrdən ibarət toplunun çapını planlaşdırır.

Tədbirlər planına əsasən, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda, birliyin bütün filiallarında və ədibin ev-muzeyində anım gecələri keçiriləcək. Birliyin mətbuat orqanlarında dramaturqun həyat və yaradıcılığı ilə bağlı silsilə yazılar dərc olunacaq.

"ADY Container"  yük daşımalarının həcmini artırıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Loading Bars
Xəbər lenti
Agentlik sədri: Xəzərə axıdılan tullantı suları təkrar istifadə edilə bilər
Türkiyədə koronavirusdan sağalanların sayı 228 min nəfəri ötüb
"Xiaomi" dünyada ilk ultra-nazik şəffaf televizor istehsal edib
Arzu Nağıyev: ATƏT-in MİNSK qrupu verdiyi qərarlara hörmət etməlidir (VİDEO)
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
Hulusi Akar: Türkiyə ilə Azərbaycanın silahlı qüvvələri arasında əməkdaşlıq bu gün deyil, hər zaman mövcud olub
Prezident İlham Əliyev: Bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur
Prezident İlham Əliyev: Hərbi təlimlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür
Prezident İlham Əliyev: Bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib
Məhkumlara sovqat və banderolların verilməsi bərpa olunub
Məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb
Yardımlıda qəza edən "Niva" qaz xəttini zədələdi
İqtisadiyyat Nazirliyi 65 obyektdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edib
Ermənistan kimi təcavüzkar ölkənin silahlandırılması təəssüfedici faktdır - Aydın Quliyev
Ağstafa və Salyanda "Ford" markalı avtomobil yanıb
“Facebook” istifadəçilərin biometrik məlumatlarının icazəsiz toplanmasında ittiham olunur
Azərbaycan-Türkiyə birgə təlimlərində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib (FOTO/VİDEO)
AQTA 76 obyektdə kobud pozuntular aşkarladı
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
Təsdiq edilən yeni qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişlərinin əhatəsini genişləndirəcək
İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq
İnstitut summativ qiymətləndirmələrin aparılmasını vacib sayır
Ərdoğanla Merkel arasında telefon danışığı olub
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib
Səfir Eldar Həsənov tutulub - DTX
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
Ermənistanın silahlandırılması onun Azərbaycan torpaqlarını işğal etməsinə dəstək vermək deməkdir - Deputat
XİN-də Azərbaycan-Gürcüstan əlaqələri müzakirə edilib
Ölkəyə gətirilən yeni taksilərdən 10-u artıq istifadəyə verilib - RƏSMİ (FOTO)
Avqustun 14-də dolların manata qarşı məzənnəsi
"Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə yeni icraçı direktor təyin olunub
İqtisadiyyat Nazirliyində yeni təyinat olub
Rusiya vaksini orqanizmi koronavirusdan iki il müddətində qoruyacaq
Xaçmazda artezian quyusunun qazılması ilə 200-dən çox sakinin içməli suya olan tələbatı tam ödəniləcək (FOTO)
Ali məktəb və kolleclərdə tədrisin distant formada təşkili təklif olunur
Prezident İlham Əliyev Türkiyənin Milli Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO) (YENİLƏNİB)
Polis Oğuzda reyd keçirib (FOTO)
Orta məktəblərdə dərslərin ənənəvi qaydada keçirilməsi məqsədəuyğun sayılmır
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
Uşaq bağçalarının yalnız bu ərazilərdə açılması təklif edilir
Zakir Həsənov: Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Azərbaycan öz müqəddəs borcunu yerinə yetirəcək
Təhsil İnstitutu tədrisin bərpası ilə bağlı təkliflərini açıqladı
Hulusi Akar: Xocalı soyqırımını törətmiş və Dağlıq Qarabağı işğal etmiş Ermənistana qarşı sonadək Azərbaycanın yanındayıq
Siyəzəndə iki yük avtomobili toqquşub
Könül Nurullayeva Türkiyə mətbuatına açıqlama verib
“Dəniz kuboku” beynəlxalq müsabiqəsinin iştirakçıları ilə videokonfrans keçirilib (FOTO)
Los-Anceles polisi azərbaycanlılara hücum edən erməniləri axtarır
Bakı polisi nəzarət-profilaktiki tədbirləri davam etdirir (FOTO)
“İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Qanun təsdiqləndi
“The Jewish Press”: İsraildə yaşayan yüzlərlə Azərbaycan mənşəli yəhudi Ermənistanın təcavüzünə qarşı çıxış edib (FOTO)
Xaçmaz polisi təhsil müəssisələrinin qarşısında gücləndirilmiş iş rejimində xidmət aparıb (FOTO)
Bu gün keçirilən qəbul imtahanlarının nəticələri nə vaxt elan ediləcək? - RƏSMİ (FOTO)
Cəmi 15 dəqiqəyə Unibankda onlayn sahibkar hesabı aç!
Azərbaycan hərbçiləri Moskva şəhərinə yola düşüb
Siyəzəndə yas mərasimi keçirənlər cərimələniblər
Avqustun ortalarında hava sərin keçəcək
Nazir: Almaniya yaxın aylarda öz vaksinini istehsal edə bilər
Professor: Sevr müqaviləsi Türkiyə Böyük Millət Məclisində rədd edilmiş və lazımsız kağız parçası kimi cırılıb kənara atılmışdı
Xalqı aşağılayan radikallar erməni çörəyi yeyirlər - Siyavuş Novruzov
İki kəndin su təchizatı ilə bağlı yeni layihənin icrasına başlanıb (FOTO)
BP "Şahdəniz"dən qaz hasilatını artırıb
Azərbaycan neftinin son qiymətləri
Xəzərin ekoloji mühitinə mənfi təsirlərin azaldılması üçün müzakirələr aparılıb
Şahdəniz qazının Səngəçal terminalı ilə ixracı artıb
İranda koronavirusdan ölənlərin sayı 19 min nəfəri keçib
AÇG-də neft hasilatı azalıb
Polislər boğulmaq üzrə olan iki nəfərin həyatını xilas edib (FOTO)
Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti
Dövlət orqanlarında işçi sayı 50 faizə qədər müəyyən edilib
BP AÇG üzrə xərcləri artırıb
Bulvarda istifadəyə verilən idman qurğularına və veloparka xüsusi nəzarət olunur (FOTO)
“İnstagram”da narkotiki təbliğ şəxs həbs edilib (VİDEO)
Epidemiyanın bədii ifadələri covidoscope.org saytında (FOTO)
Gənc könüllülər bilikləri ilə yarışdılar (FOTO)
Sosioloq: Azərbaycanda ictimai qınağın yüksəldilməsinə böyük ehtiyac var
İranla enerji əməkdaşlığı müzakirə edilib (FOTO)
İndiyə qədər 5,9 milyon manat ƏDV məbləği geri ödənilib
BP: Pandemiya materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olur
Ermənistanın Bolqarıstandakı səfirliyinin yalanları ifşa olunub (FOTO)
Prokurorluq sosial şəbəkələrdə (VİDEO)
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür (FOTO)
DİM: İndiyədək buraxılış imtahanlarında 3 nəfər maksimal bal toplayıb
Avstraliyada işsizlərin sayı ilk dəfə 1 milyon nəfəri keçib
Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama (FOTO)
Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı (FOTO)
Bakı Metropoliteni işçi axtarır
Filippin Rusiyanın istehsal etdiyi koronavirus vaksinini sınaqdan keçirməyi planlaşdırır
Kəndimizə bütün giriş-çıxış yollarını bağlamışdılar - Ermənistandan qovulan azərbaycanlı o dövrdə yaşadıqlarını danışıb
Bakıdan rayona gedən koronavirus xəstəsi postda saxlanılıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Kaliforniya qəzetində dərc olunan məqalədə ermənilərin Los-Ancelesdə törətdikləri vəhşiliklərdən bəhs edilir
Vasif Əliyev: Seroloji testlərlə bağlı tədqiqatların nəticəsi gələcəkdə karantin barədə qərarların qəbulu zamanı gərəkli ola bilər
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
Biləcəri qəsəbəsində mərkəzi küçə təmir edilib (FOTO)
Yerli telekanallar əcnəbi serial yayımlaya biləcək
Məxfi məlumatların oğurlanması məqsədilə edilən hücum orta hesabla 122 gün davam edir
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Azərbaycanda telekanallara ayrılan vəsaitin məbləğləri məlum olub
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə telefonla zəng edib
Bütün xəbərlər