...

Buktreylerlərin son qəbul tarixinə 5 gün qaldı

Mədəniyyət Materials 27 Mart 2019 14:38 (UTC +04:00)
Buktreylerlərin son qəbul tarixinə 5 gün qalıb.
Buktreylerlərin son qəbul tarixinə 5 gün qaldı

Bakı. Trend:

Buktreylerlərin son qəbul tarixinə 5 gün qalıb.

Trend-in məlumatına görə, Buktreyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bu barədə məlumat verib: “Buktreylerlərin qəbulu 5 gündən sonra bitir. Belə ki, 1 aprel saat 23.59-da buktreylerlərin qəbulu dayandırılır. İştirak etmək arzusunda olan gəncləri tələsməyə, bukteylerləri vaxtında təqdim etməyə cağırırıq və hər kəsə uğurlar arzulayırıq. Xatırladım ki, buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Yadda saxlayın ki, buktreylerin əsas vəzifəsi – oxucuda kitaba maraq oyatmaqdır”.

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qəbul tarixi: 1 aprel 2019

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təsisçisi və direktoru kinoaktyor Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası; əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru "Azercell" şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti