...

"Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb

Mədəniyyət Materials 29 İyun 2019 19:32 (UTC +04:00)
"Azərbaycan" jurnalının 6-cı sayı çapdan çıxıb.
"Azərbaycan" jurnalının yeni sayı çapdan çıxıb

Bakı. Trend:

"Azərbaycan" jurnalının 6-cı sayı çapdan çıxıb.

Jurnalın bu sayında İlham Qəhrəman, Cəlaləddin Budatoğlu,Məcnun Göyçəli, Afaq Şixli, Zirəddin Qafarli, Nazir Rüstəm, Fəxrəddin Əsəd, Ruzbeh Məmməd, Ələsgər Əhmədin şeirləri yer alıb.

Bundan başqa Vaqif Səmədoğlunun 80 illiyi, İntiqam Qasimzadənin Şair haqqinda söz yazıları, Vaqif Səmədoğlunun şeirləri çap olunub.

Nəsr bölməsində Samid Ağayevin "Ləvəng" povesti, Xanim Aydının "Sərçə" hekayəsi oxuculara təqdim olunur.

"Bizim uzaqlaşmağimiz tənqidə zərbə idi, ədəbiyyata yox" Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlinin söhbəti də jurnalın bu sayında dərc olunub.

Mo Yan "Bibimin qiymətli biçaği", Uluqbəy Esdövlətdən şeirlər tərcümə olunaraq oxuculara təqdim edilir.

Günel Natiq Lev Tolstoy və Sofya Bersin məhəbbət tarixçəsindən yazır.

Tənqid və Ədəbiyyatşünasliq bölməsində Qorxmaz Quliyev - ədəbiyyatda xaosmos, Cavanşir Yusifli - ədəbi gəncliyin üç fraqmenti, Təyyar Salamoğlu - “həpimiz bir günəşin zərrəsiyiz”, İradə Musayeva - repressiyaya aparan romanlar, Əli Kərimin vəfatinin 50 ili, İntiqam Qasimzadə - Əli Kərimi xatirlarkən yazıları dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti