Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib (FOTO)

Əbülfəs Qarayev Parisdə rəsmi görüşlər keçirib (FOTO)

Bakı. Trend:

UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdə olan Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşlər keçirib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlığın inkişaf perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb. Ə.Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verib.

İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset ilə keçirilmiş görüşdə nazir Əbülfəs Qarayev 2018-ci ildə Davos Forumu çərçivəsində keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirak məqsədilə İsveçrəyə səfərini xatırlayaraq Forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd edib. İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini bildirən Əbülfəs Qarayev hazırda bu istiqamətdə yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını və İsveçrə innovasiya və yaradıcı sənaye sahələrində öndə gedən ölkələrdən biri olduğundan Azərbaycanın bu sahədə İsveçrə ilə əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

Nazir, həmçinin Azərbaycanla İsveçrə arasında əməkdaşlıq müqaviləsinin imzalanmasının və bu müqavilə əsasında fəaliyyət planının hazırlanmasının zəruri olduğunu qeyd edərək müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.

Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi ilə keçirilmiş görüşdə də iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanmasının vacibliyi vurğulanıb.

Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo ilə görüşdə Əbülfəs Qarayev Koreyanın yaradıcı sənaye sahəsində inkişaf etmiş ölkə olduğu və Mədəniyyət Nazirliyinin bu sahədə Koreya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço ilə görüşdə Əbülfəs Qarayev cari ilin dekabr ayında Kolumbiyada keçiriləcək UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycanın komitə üzvü kimi iştirak edəcəyini bildirmişdir. O, 2013-cü ildə sözügedən Komitənin iclasının Bakıda keçirildiyini qeyd edərək tədbirin təşkilində uğurlar arzulayıb.

Tunisin Mədəniyyət naziri Mohamed Zin El Abidin ilə görüşdə Əbülfəs Qarayev cari ilin 17-19 dekabr tarixlərində “Tunis İslam Mədəniyyətinin Paytaxtı – 2019” Mədəniyyət ili çərçivəsində Tunisdə keçiriləcək Mədəniyyət nazirlərinin 11-ci İslam Konfransında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin iştirak edəcəyini bildirib və səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq proqramının razılaşdırılacağını qeyd edib.

Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumunda iştiraka dəvət edib.

Nazir Əbülfəs Qarayev Forum çərçivəsində Burkina-Faso, İspaniya, Braziliya, Çin, Menteneqro və digər ölkələrin nazir və nazir müavinləri ilə müzakirələr aparıb.

"Twitter"in işində qüsurlar yaranıb
"Twitter"in işində qüsurlar yaranıb
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Loading Bars
Xəbər lenti
Pentaqon Avropada əlavə 5000-ə qədər ABŞ həbçisinin yerləşdirilməsi planını təqdim edib
Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb
ABŞ HDQ husilərə partlayıcı maddələr daşıyan gəmini ələ keçirib
Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb
İtaliya parlamentində ölkə prezidenti seçkilərinə start verilir
Kaliforniyada şənlik zamanı atışma nəticəsində azı 4 nəfər ölüb
ÜST koronavirus pandemiyasının Avropada tezliklə bitəcəyini ehtimal edib
Azərbaycanda sərhəd risklərinin idarəolunması sisteminin modul layihəsi hazırlanıb
Riskli əməliyyatlar üzrə büdcəyə 11 milyon manata yaxın vəsait ödənilib - Səfər Mehdiyev
XİF Mal Nomenklaturası üzrə ötən il sistemə 44 yeni risk profili əlavə edilib - DGK
Malidəki hərbi bazaya hücum nəticəsində fransız hərbçi həlak olub
İşğaldan azad edilmiş ərazilərə bu gündən müntəzəm avtobus reysləri başlayır
Çexiyada quş qripinə yoluxma faktları qeydı alınıb
Brüsseldə etirazçılarla polis arasında toqquşma baş verib
Ermənistan prezidentinin səlahiyyətlərini parlament sədri həyata keçirəcək
Ağstafada yol qəzası nəticəsində "BMW" yanıb
ÜST "omicron"-dan daha yoluxucu ştammların meydana çıxmasını istisna etmir
Azərbaycana pakistanlı iş adamlarından ibarət heyətin səfəri təşkil olunacaq (FOTO)
Göygöldə yük avtomobili yanıb
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Ermənistan prezidenti istefa verib
Biləsuvarda çay evində yanğın olub
Yaponiya və ABŞ nüvə aviadaşıyıcılarının iştirakı ilə birgə təlimlər keçiriblər
Kamerunda gecə klubunda yanğın olub, 16 nəfər ölüb
Bakıda qanunsuz parklanmaya qarşı tədbirlər həyata keçiriləcək
Sumqayıtda yataqxana binasında yanğın olub
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 697 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Bayraktar Akıncı PUA-larının tədarükü üzrə ilk müqavilə imzalanıb
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı keçirilib
Pekin Olimpiadasına gələn 72 nəfərdə koronavirus aşkarlanıb
Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib (FOTO/VİDEO)
İraq qüvvələri İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başlayıblar
Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib (VİDEO)
İranda daha 28 nəfər koronavirusdan ölüb
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödayib
Rusiyada ötən sutka ərzində koronavirusa 63 205 nəfər yoluxub
Sabah Ağdama iki avtobus reysi təşkil olunacaq - Biletlər artıq satışda
Bosfor boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlanıb
Gürcüstanda koronavirusa daha 9 696 nəfər yoluxub, 28 nəfər ölüb
Həftənin ilk gününə olan hava proqnozu açıqlanıb
Dünyada koronavirusa yoluxanların sayı 349 milyonu ötüb
Balakəndə birmərtəbəli tikili yanıb, ölən var
Zaqatalada məişət tullantılarını urnalardan kənara atanlar cərimələnib
İstanbulda avtobus dərəyə aşıb, ölənlər və yaralananlar var
Masallıda qanunsuz ov edən şəxs saxlanılıb
Hərbi vəzifəlilərlə təlim toplanışı davam edir (VİDEO)
Qara dənizdə 700 ton mazut daşıyan tankerdə yanğın olub
Qubada evdə kişi meyiti tapılıb
Bakıda vaqon yanıb
Türkiyədə avtobus maneəyə çırpılıb, çox sayda xəsarət alan var
Yeni Zelandiya hökuməti “omikron” ştamına görə maksimum həyəcan səviyyəsi elan edib
Dövlət tərəfindən görülən tədbirlər süni qiymət artımının qarşısını alır - TƏHLİL
Yaponiyanın Fukusima-1 AES-də sızıntı qeydə alınıb
Türkiyədə ötən sutka koronavirusa 72 mindən artıq yoluxma qeydə alınıb
"TikTok"un işində fasilələr yaranıb
Peruda neft dağılan ərazilərdə fövqəladə vəziyyət elan edilib
"Lamborghini" şirkəti "Aventador" modelinin varisini təqdim edəcək
Berluskoni İtaliya prezidentliyinə namizəd olmamaq qərarına gəlib
Enerji məsələləri üzrə Avropa komissarı Azərbaycana səfər edəcək
Türkiyə növbəti "3+3" formatında görüşə ev sahibliyi etməyi planşdırır - Ərdoğan
Türkiyədə 4,7 bal gücündə zəlzələ baş verib
Azərbaycanlı musiqiçi intihar etdi
İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Sauthempton"la heç-heçə edib
İran Türkiyə ilə uzunmüddətli əlaqələri qurmaq istəyir - Rəisi
Türkiyə Silahlı Qüvvələri 10 PKK terrorçusunu zərərsizləşdirib
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
ABŞ Ukraynadan diplomatların təxliyəsinin başlama tarixini açıqlayıb
Azərbaycan Ordusunun hərbi qulluqçusu qeyri-döyüş şəraitində həlak olub
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Bərdədə 32 yaşlı kişi güllələnib
Futzal üzrə Azərbaycan millisi Avropa çempionatına məğlubiyyətlə başlayıb
Qeyri-neft sektorunda rekord göstəricilər - Azərbaycanın iqtisadi strategiyasının uğurunun sirri nədir?
Əfqanıstanda partlayış olub, ölənlər var
"Bitcoin" 2021-ci ilin iyul ayından bəri ilk dəfə 34,2 min dollardan aşağı satılıb
Gömrük Akademiyası növbəti ISO standartı üzrə audit prosesindən uğurla keçib
Ankaradakı Azərbaycan Evində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri təşkil edilib (FOTO)
Yasamalın bu hissəsi tullantılardan təmizlənib
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb
Ötən il Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Deputat Könül Nurullayeva vətəndaş qəbullarını davam etdirir (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 614 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib
Bakıda 2 narkotacir və 4 narkokuryer saxlanılıb (VİDEO)
Karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub
Pakistan sahillərində iki qayıq toqquşub, 30-dan çox itkin var
Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul etdi
Komando hərbi hissəsində təlim məşqləri keçirilib (VİDEO)
Bakıda polisin üstünə avtomobil sürərək qaçmaq istəyən narkotacir saxlanıldı (FOTO/VİDEO)
İranda daha 30 nəfər koronavirusdan ölüb
DSX əsgərinin intiharı ilə bağlı cinayət işi başlandı
Ceyhun Bayramov Malayziya xarici işlər nazirinin müavini ilə görüşüb (FOTO)
Son bir ildə 114 uşaq övladlığa verilib
Mingəçevir Dövlət Universitetində imtahan sessiyası uğurla davam edir
DSX-nin Hərbi Hospitalında hərbçi intihar edib
Nərimanovda bina yanır (VİDEO)
Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasını müzakirə edib
Dəm qazı zəhərlənmələrinə qarşı qanunvericilik təkmilləşdirilir
Bütün xəbərlər