...

Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

Mədəniyyət Materials 24 Yanvar 2020 16:58 (UTC +04:00)
İki paytaxt arasında ilk dəfə keçirilən “Bakı-Moskva – mədəniyyətlər dialoqu” layihəsində Rusiyadan təxminən 150 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir
Nazir: Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək

Bakı. Trend:

İki paytaxt arasında ilk dəfə keçirilən “Bakı-Moskva – mədəniyyətlər dialoqu” layihəsində Rusiyadan təxminən 150 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir.

Trend-in məlumatına görə, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev “Bakı-Moskva – mədəniyyətlər dialoqu” konfransı çərçivəsində deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə işə salınan “Bakı prosesi” öz işini müxtəlif formalarda davam etdirir və müxtəlif beynəlxalq layihələrin reallaşmasına təkan verir: "Bu ilin payızında Bakıda növbəti dəfə Humanitar forum keçiriləcək. “Bakı-Moskva – mədəniyyətlər dialoqu” və konfrans çərçivəsində üç gün ərzində keçiriləcək digər tədbirlər münasibətlərin genişlənməsinin və gələcək Humanitar forumda müzakirə olunacaq mövzuların əsasını qoyacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti