...

Beşinci buktreyler festivalı - Buktreyler hansı tələblərə cavab verməlidir?

Mədəniyyət Materials 18 Fevral 2020 20:26 (UTC +04:00)
Kitabı tanıdın, kitabla tanının!
Beşinci buktreyler festivalı - Buktreyler hansı tələblərə cavab verməlidir?

Trend-i buradan izləyin

Bakı. Trend:

Beşinci Buktreyler Festivalı keçiriləcək.

Buktreyler Festivalının təsiçisi və direktoru Ruslan Sabirli V Buktreyler Festivalında iştirak şərtləri haqqında məlumat verib.

Ruslan Sabirli deyib: “Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır. Festivalda iştirak etmək isə çox sadədir. Yaşından asılı olmayaraq hər bir kəs öz sevdiyi Azərbaycanlı yazar və ya sadəcə Azərbaycan ədəbiyyatına buktreyler çəkib onu festivalın internet səhifəsində (www.booktrailer.az) qeydiyyatdan keçirməklə festivalda iştirak edəb bilər. Həmçinin dördüncü Buktreyler Festivalından start verdiyimiz “Ən yaxşı mobil buktreyler” nominasiyası bu il də öz qüvvəsində qalacaq. Yəni, hər bir kəs istədiyi buktreyleri mobil telefona çəkməklə bu naminasiya üzrə festivala müraciət edə bilər.”

Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1.000, 800 (hərəsi) və 500 (hərəsi) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1.000 AZN pul mükafatları gözləyir.

Buktreylerlərin son qeydiyyat tarixi: 1 aprel, 2020

Buktreylerlər aşağıdakı tələblərə cavab verməlidir:

xronometrajı: max. 3 dəqiqəyədək;
formatı: mov, mp4, mpeg, mpg, avi, wmv;
minimal ölçüsü: 1080p Full HD (1920x1080);
media forması: oyun (aktyorların iştirakı ilə), qeyri-oyun (aktyorların iştirakı olmadan), animasiya (çizgi filmi);
əvvəldə Festivalın və dəstəkçilərin loqoları yerləşdirilməlidir;
sonda Buktreylerin aid olduğu kitabın fotosu və Festivalın saytının ünvanı yerləşdirilməlidir;
Festivalın təşkilinə aidiyyatı olmayan brendlər, markalar, ticari nişanlar, eləcə də kommersiya təşkilatları və sponsorlar barədə məlumat əks etdirilməməlidir.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir.

“Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalın təsisçisi və direktoru kinoaktyor, prodüser, mentalist Ruslan Sabirlidir. Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, əsas tərəfdaşı isə ölkənin lider mobil operatoru Azercell şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya festivalın sosial şəbəkələrdəki hesablarından əldə etmək mümkündür:

Instagram: https://www.instagram.com/BooktrailerFest

Facebook: https://www.facebook.com/BooktrailerFest

Youtube: https://www.youtube.com/BooktrailerFest

Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti