...

“Yenə o bağ olaydı” adlı virtual sərgi açılıb (FOTO)

Mədəniyyət Materials 21 Aprel 2020 16:53 (UTC +04:00)
“Yenə o bağ olaydı” adlı virtual sərgi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Yenə o bağ olaydı” adlı virtual sərgi keçirib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus, Azərbaycan rəssamlığının korifey sənətkarlarının əsərləri virtual şəkildə sərgilənib.

Səttar Bəhlulzadə, Rasim Babayev, Davud Kazımov, Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Lətif Feyzullayev, Tahir Salahov, Elmira Şahtaxtinskaya, Toğrul Nərimanbəyov və digər rəssamların əsərləri ilə sənətsevərlər virtual şəkildə tanış ola biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti