...

"Qarabağın səsi" layihəsi təqdim edilib (FOTO/VİDEO)

Mədəniyyət Materials 11 Sentyabr 2020 19:19 (UTC +04:00)
"Qarabağın səsi" layihəsi təqdim edilib (FOTO/VİDEO)

Bakı. Trend:

İşğal olunan torpaqlarımızla bağlı vətənpərvər ruhda hazırlanan layihələr sırasına daha biri əlavə olunub.

Trend-in məlumatına görə, Müdafiə Nazirliyinin dəstəyi ilə ərsəyə gələn "Qarabağın səsi " layihəsinin ideya muəllifi nəğməkar şair Cəlal Qurbanov, layihənin rəhbəri isə jurnalist Mintac Elsevərdir. Layihənin koordinatori Mehrab Dadaşovdur. Ekran işini digərlərindən fərqləndirən cəhət onun Çahargah muğamının Mayeyi Çahargah, Bəstənigar, Müxalif, Mənsuriyyə, Üzzal şöbələrində ifa olunması, mahnıda səslənən silah səslərinin isə əslində zərb alətlərində ifa olunmasıdır. Mahnının sözləri Cəlal Qurbanova, oranjemanı isə əməkdar artist Əliağa Sədiyevə məxsusdur.

Klipdə xalq artisti Nürəddin Mehdixanlı ilə yanaşı, muğam müsabiqəsinin qalibləri və iştirakçıları yer alıblar.

Ekran işinin rejissorluğu isə Cəlal Kəngərliyə həvalə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti