...

Azərbaycan filmləri “Oskar” mükafatına təqdim olunacaq

Mədəniyyət Materials 7 Sentyabr 2021 13:47 (UTC +04:00)
Azərbaycan filmləri “Oskar” mükafatına təqdim olunacaq

Bakı. Trend:

Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə Komissiyanın növbəti iclası keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib.

O qeyd edib ki, professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi Komissiyanın iclasında 2020-2021-ci illərdə xarici fimlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən Komissiyaya 1 nüsxə Dvd formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər geri qaytarılmır və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fondunda saxlanılır.

Fimlər Komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti