...

“Azərbaycan düşüncə tarixi” kitabının təqdimatı olub

Mədəniyyət Materials 27 May 2022 18:00 (UTC +04:00)
“Azərbaycan düşüncə tarixi” kitabının təqdimatı olub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində “Azərbaycan düşüncə tarixi” kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimatda, BDU-nun rektoru Elçin Babayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank, Karabürk Univesitetinin azərbaycanlı professoru Ali Asker və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Karabürk Univesitetinin professoru Ali Asker bildirib ki , bütün türk dünyası “Azərbaycan düşüncə tarixi”ndən xəbərdar olmalı və ondan bəhrələnməlidir və kitab da bu niyyətlə ərsəyə gətirilib.

Qeyd edək ki , bu il yanvarın 19-da Türkiyədə ölkənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə azərbaycanlı professor Ali Askerin elmi redaktorluğu ilə həmvətənlərimizdən ibarət professorların “Azərbaycan düşüncə tarixi” adlı kitabı dərc olunub.

İki cilddən ibarət olan və 19-cu əsrin ortalarında yaşamış azərbaycanlı dahi şəxsiyyətlər haqqında məlumatlarınn bir arada toplandığı kitabda həm də onların həyat və yaradıcılığını əks etdirən fotolar da yer alıb. Kitabda, həmçinin 19-cu əsrin ortalarında baş verən ən mühim hadisələrin xronoloji ardıcıllığı əks olunub.

Kitab haqqında ön sözü Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən, kitabın təqdimatı isə Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin rəhbəri Abdullah Eren tərəfindən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti