...

Rəssam-pedaqoq Əbdül Şərifovun anım sərgisi və xatirə kitabının təqdimatı baş tutdu (FOTO)

Mədəniyyət Materials 11 Oktyabr 2022 20:43 (UTC +04:00)
Rəssam-pedaqoq Əbdül Şərifovun anım sərgisi və xatirə kitabının təqdimatı baş tutdu (FOTO)

Bakı. Trend:

Xətai Sənət Mərkəzində mərhum rəssam–pedaqoq Əbdül Şərifovun həyat yolunu əbədiləşdirməyə xidmət məqsədi ilə rəssamın xatirəsinə həsr olunmuş “Sənətini paylaşa bilən sənətkar” adlı kitabının təqdimatı və anım sərgisi keçirildi.

Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, Əbdül müəllimin mərkəzdə olan müəllimlik fəalliyyətindən danışdı, onun bir dost, bir pedaqoq, bir rəssam, bir iş yoldaşı və işini sevən bir insan kimi xarakterizə etdi.

Söz alan Xalq Rəssamı Arif Hüseynov və Sənətşünas Ziyadxan Əliyev sərgidə Əbdül müəllimin sərgilənən əsərlərinə münasibət bildirərkən, təqdim edilən əsərlərin bir çoxunun mərhum rəssamın vaxtında ictimayətə təqdim etməməsini təvəzükarlıq nümunəsi kimi qeyd etdilər.

Sonra rəssamın sənət dostları, yaxınları və davamçıları öz ürək sözlərini böyük kədər hissi ilə bölüşdülər və Onun belə bir anım gününə layiqli bir insan olduğunu qeyd etdilər.

Xatirə kitabı haqqında bildirmək istəyirəm ki, kitabda rəssamın yaradıcılığı haqqında məlumat, sənət dostlarının və tələbələrinin ürək sözləri, yaratdığı əsərlərdən nümunələr, davamçılarından bir qrupunun əsərləri və xatirə fotoları yer alıb, həmçinin, sərgidə də rəssamın qrafik və yağlı boya janrında çəkilmiş rəsm əsərləri habelə tələbələrinin əsəri təqdim olunur.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti