...

Gənc amerikalı reper dünyasını dəyişdi

Mədəniyyət Materials 23 Dekabr 2022 14:12 (UTC +04:00)
Gənc amerikalı reper dünyasını dəyişdi

Bakı. Trend:

“Big Scarr” ləqəbli amerikalı rep ifaçısı 23 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Əsl adı Aleksandr Vuds olan reperin ölüm səbəbi bilinmir.

“Big Scarr” yaradıcılıq karyerasına 2019-cu ildə başlayıb. O, yutub kanalında tez bir zamanda populyarlıq qazanan “Make a Play” sinqlı ilə məşhurdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti