Bakı.Trend:
"Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişikliklər olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Facebook" hesabında paylaşım edilib.
Qeyd olunub ki, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər.