Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir (FOTO)

Mədəniyyət Materials 25 Avqust 2026 11:50 (UTC +04:00)
Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Təzəpir məscidində Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi keçirilir.

Trend-in müxbiri xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, sənət dostları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edirlər.

Vida mərasimi Təzə Pir məscidində keçirilir. Mərhumun cənazəsinin qoyulduğu postamentin ətrafına Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın adından əklil düzülüb.

Xalq artisti II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Xatırladaq ki, T.Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti