...

"Azərbaycana qarşı irəli sürülən əsassız iddialar bəzi qüvvələrin məqsədinə xidmət edir"

Seçki 2015 Materials 28 Oktyabr 2015 18:21 (UTC +04:00)
"Azərbaycanda parlament seçkilərinin xalqın iradəsinə uyğun və demokratik şəkildə keçiriləcəyinə inanırıq. Çünki ölkəniz bu istiqamətdə müsbət təcrübəyə sahibdir".
"Azərbaycana qarşı irəli sürülən əsassız iddialar bəzi qüvvələrin məqsədinə xidmət edir"

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Azərbaycanda parlament seçkilərinin xalqın iradəsinə uyğun və demokratik şəkildə keçiriləcəyinə inanırıq. Çünki ölkəniz bu istiqamətdə müsbət təcrübəyə sahibdir". Trend-in məlumatına görə, bunu Seçki-2015.az saytına açıqlamasında London Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun üzvü Onur Öymen deyib.

Azərbaycanın sürətlə inkşaf edən ölkə olduğunu qeyd edən O.Öymen bildirib ki, bu inkişaf sosial sferaya təsir etdiyi kimi, siyasi sahəyə də müsbət təsir göstərir: "Bu baxımdan, seçkilərin gözəl bir nümunə olacağını hesab edirəm".

O.Öymen bir sıra Qərb strukturlarının seçkiöncəsi Azərbaycana təzyiqlərindən də danışıb: "Bu gün Avropada insan haqları və demokratiya kimi dəyərləri siyasi məqsəd üçün alətə çevirənlər mövcuddur. Təəssüf ki, onlara dəstək böyükdür. Çünki bu təşkilatlardan bəzi qüvvələr öz məqsədləri üçün istifadə edirlər. Demokratiya və insan haqları da onlara görə sadəcə məqsədə çatmaq üçün təzyiq vasitəsidir. Bu təzyiq vasitəsindən Türkiyəyə və Azərbaycana qarşı da istifadə edirlər. Hesab edirəm ki, seçki öncəsi insan haqları və demokratiya adı altında Azərbaycana qarşı irəli sürülən əsassız iddialar və təzyiqlər bəzi qüvvələrin siyasi məqsədinə xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti